Dövlətlərarası əməkdaşlığın bütün sferalarında olduğu kimi, transmilli cinayətlərlə 
mübarizə sahəsində dövlətlərin və beynəlxalq 
mexanizmlərin əməkdaşlığı beynəlxalq hüquqa 
söykənir. Qeyd olunan aktorların beynəlxalq hüquq müstəvisində əməkdaşlığını, qarşılıqlı fəaliyyətlərini zəruri edən amillər və onu doğuran 
səbəblər olduqca müxtəlifdir. Ümumi kontekstdə 
məsələyə yanaşsaq onu qeyd edə bilərik ki, 
cinayətkarlıqla mübarizə siyasəti, bir qayda olaraq, 
dövlətdaxili hüquq və mexanizmlər çərçivəsində 
həyata keçirilib.