Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin “İnsan hüquqları və informasiya hüququ”
UNESCO kafedrasının “İnformasiya hüququ” ixtisası üzrə magistrantı
E-mail: [email protected]
UOT 004:34
İNTERNET PROVAYDERLƏRİN
HÜQUQİ STATUSU
Telekommunikasiya sektoruna qoyulan böyük investisiyalar nəticəsində internet bütün dünyada təsirli bir ünsiyyət vasitəsinə çevrilmişdir. İnternetin çoxistiqamətli istifadəsi ilə bir sıra hüquqi hadisələr meydana çıxmış və bu səbəbdən də internet xidmətlərinin yerinə yetirilməsində iştirak edən subyektlər ön plana çıxmışdır. İnternet xidmətlərini əlçatan edən subyektlər internet subyektləri adlanır. Bu subyektlər başda telefon və telekommunikasiya təşkilatları olmaqla server, xidmət (host) provayderi, giriş provayderi, məzmun provayderi və istifadəçilərdən ibarətdir.
İnternet xidmət provayderləri ayrı-ayrı şəxslərə və ya qurumlara internetə qoşulmağa imkan verən giriş, server icarəsi, domen adının təminatı, server hostinqi və məzmun təklifi kimi müxtəlif xidmətlər göstərən internet elementlərini ifadə edir [5, s. 741].