Mürşüdov Rəşad Ramil oğlu-EHTİYATSIZLIQDAN TÖRƏDİLƏN CİNAYƏTLƏRDƏ SUBYEKT VƏ ONUN FƏRDİ KRİMİNAL DAVRANIŞ MEXANİZMİ ƏSAS FAKTOR KİMİ

Ehtiyatsızlıqdan törədilən cinayətin obyektiv cəhətinin elementləri kimi –
şərait və alət (vasitə) cəmiyyətə və qorunan

obyektlərə zərər vurmaq ehtimalını yaradır. Bu
ehtimal, təqsirkarın davranışı, yəni subyektin
hərəkəti nəticəsində reallaşır. Bununla əlaqədar
olaraq M. S. Qrinberq qeyd edir: “...İnsanların
texniki obyektlər qarşısında acizliyi konsepsiyası rədd edilməlidir – nəqliyyatda, sənayedə,
mədən, tikinti və digər müəssisələrdə baş verən
bədbəxt hadisələrin əksəriyyətinin kökündə mövcud təhlükəsizlik texnikası imkanlarından
istifadə edilməməsi və ya onların qeyri-kafi
istifadəsi, yəni insanların hüquqazidd davranışları dayanır”. Bəs niyə cəmiyyətə zərər vurmaq
istəməyən və bunu qəsdən etməyən, əksinə, bu
zərərdən qaçmağa çalışan şəxs mövcud olan imkanlardan istifadə etmir?