Ehtiyatsızlıqdan törədilən cinayətlərin kriminoloji xüsusiyyətləri obyektiv reallı-
ğın sistemli hadisəsi kimi cinayətin mahiyyətini, 
onun strukturunu və tərkib elementləri arasında təbii əlaqələrini əks etdirmək məqsədi daşı-
yır. Bu qanunauyğunluqları bilmək cinayətlərin 
araşdırılması üçün, kriminoloji üsulların işlənib 
hazırlanması və formalaşdırılması üçün birinci 
və zəruri şərtdir. Ehtiyatsızlıqdan törədilmiş cinayətlər cinayət hüququ sahəsində özünəməxsus 
kateqoriyadır, yəni, bir növ, zərər verən şəxsin 
əslində zərər vurmaq niyyətinin olmaması ilə se-
çilir.