Hər bir dövlətin dünyadakı nüfuzu onun 
həyata keçirdiyi milli inkişaf və təhlükəsizlik siyasəti ilə sıx bağlı olduğundan təhlükəsizlik mühitinin təmin edilməsi birbaşa bu 
dövlətin mövcudluğunu və gələcək inkişafını 
şərtləndirən əsas amillərdən biri, bəlkə də ən vacibi hesab olunur. Belə ki, dövlətin təhlükəsizlik 
mühiti dedikdə, ilk növbədə təhlükənin olmaması və ya “hər hansı bir zərərin aradan qaldırılması” başa düşülür.