Musayev Hafiz Məhərrəm oğlu-İran İslam Respublİkası tərəfİndən Azərbaycan Respublİkasının sərhəd təhlükəsİzlİyİnə təhdİdlər

İ
ran İslam Respublikasının (İİR) Azərbaycan

Respublikası (AR) ilə tarixi, mədəni, dini,
milli və digər sahələrdə yaxınlığına baxmayaraq,
ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra İİR dini hakimiyyətinin Azərbaycana
qarşı əks mövqedə siyasət yürütməsi təəccüb
doğurur. AR ilə sərhədyanı bölgələrdə İİR-in
Silahlı Qüvvələrinin ən nüfuzlu qurumu sayı-
lan İslam İnqilabının Mühafizəçiləri Korpusu
(İİMK) son illər vaxtaşırı genişmiqyaslı təlimlərini keçirərək AR əleyhinə yüksək vəzifəli rəsmilər tərəfindən ittihamların, hədə məzmunlu ifadələrin səsləndirilməsi sərhəddən
dövlətimizə qarşı yönələn təhdidlərin bariz nümunəsidir. Bu məqalədə dövlətimizin milli maraqlarını, təhlükəsizliyini, o cümlədən sərhəd
təhlükəsizliyini təhdid edən, İİR-də ən nüfuzlu
silahlı birləşmə sayılan, ali dini rəhbərin bilavasitə rəhbərliyi və nəzarətində olan İİMK-nın
ümumi fəaliyyəti, bu fəaliyyətin AR ilə sərhədlərin mühafizəsinə təsiri və digər maraq doğuran
məsələlər şərh olunmuşdur.