Musayev Hafiz Məhərrəm oğlu

hüquq üzrə fəlsəfə doktoru, general-mayor

E-mail: [email protected]

UOT 341.4

TERRORÇULUĞUN SOSİAL XÜSUSİYYƏTLƏRİ VƏ

REGİONAL TƏHLÜKƏSİZLİK MÜHİTİNƏ TƏSİRİ

Təhlükəsizliyin çoxşaxəli bir konsepsiya olmasına baxmayaraq, elmi dairələrdə təhlükəsizliyin fərdi və kollektiv səviyyələrdə təməl dəyərlərə təhlükə olması ilə bağlı ümumi razılaşma mövcuddur. Təhlükəsizliklə bağlı araşdırmalarda fərdi, milli və beynəlxalq təhlükəsizlik arasında da müəyyən fərqlər vardır və ən çox diqqət yetirilməli olan analiz səviyyəsi ilə bağlı mübahisələr geniş yayılmışdır. Müasir dövrdə təhlükəsizlik hərbi, ətraf mühit, sosial, iqtisadi və siyasi sektorları əhatə etməklə genişləndirilmişdir. Təhlükəsizliyin mahiyyətinin açıqlaması çoxistiqamətlidir. Lakin bu anlayış təkcə sülh və sabitliyi nəzərdə tutmur. Qeyd etmək lazımdır ki, ciddi şəkildə beynəlxalq səviyyədə inteqrasiya olunmuş əlaqələr sistemində hər hansı bir dövlətin müstəqil hərəkətləri digər dövlətdə qeyri-sabitliyin artmasına təsir edə bilər və ya bu hal əksinə baş verə bilər.

Yüklə