Korrupsiya bütün dövrlərdə və cəmiyyətlərdə tərəqqiyə mane olan ən ciddi problemlərdən biri olub və müasir dünyanın 
da əsas təhlükələri sırasında ön yerlərdən birini 
tutur. Korrupsiya qanunun aliliyini və dövlətin 
institusional əsaslarını zəiflətməklə ümumi inkişaf prosesinə və beləliklə, iqtisadi artıma və 
sosial tərəqqiyə ciddi zərbə vurur. Ona görə də 
Azərbaycanda da korrupsiya iqtisadi potensialdan daha dolğun istifadə edilməsinin və sosialiqtisadi tərəqqinin həmin güclü iqtisadi potensiala uyğun səviyyədə olmasının qarşısında duran 
ən ciddi maneələrdən və cəmiyyəti narahat edən 
ən ciddi problemlərdən biridir.