İ
şçilərin əmək hüquqlarının müdafiəsi formalarının anlayışını tədqiq etməzdən
öncə “hüququn müdafiə forması” və “hüququn
müdafiə üsulu” kimi anlayışlara qısaca da olsa
toxunmağı məqsədəmüvafiq hesab edirik. Çünki bu anlayışlara aydınlıq gətirilmədən işçilərin
əmək hüquqlarının müdafiəsi formasının anlayı-
şını vermək qeyri-mümkün olardı.
Azərbaycan dilinin izahlı lüğətində “forma”
ifadə üsulu, qaydası kimi müəyyən olunur [1, s.
197]. Hüquq ədəbiyyatında isə qeyd olunur ki,
“forma” termini çoxmənalıdır. Elmi və tədris
ədəbiyyatlarında “hüququn müdafiə forması”
barəsində müxtəlif yanaşmalar mövcuddur.
Bir qrup alimlərin fikrincə, müdafiə forması
dedikdə, bu və ya digər yurisdiksiya orqanı tərəfindən vətəndaşların, müəssisələrin, təşkilatların
və idarələrin subyektiv hüquqlarının müdafiəsi
qaydası başa düşülür [14, s. 7-8].