Mustafayeva Ərəbiyyə Ənvər qızı-İŞÇİLƏRİN ƏMƏK HÜQUQLARININ MÜDAFİƏSİNİN ANLAYIŞI

İşçilərin əmək hüquqlarının müdafiəsi”nin anlayışını verməzdən öncə “müdafiə” termininin, o cümlədən “hüququn müdafiəsi” terminlərinin mənasını açıqlayaq.

Azərbaycan dilinin izahlı lüğətində “müdafiə” sözünün bir neçə mənası (izahı) verilir: a)
“özünü, ya başqasını hücumdan qoruma, hücuma qarşı durma”; b) “birisinin əleyhinə deyilən
sözlərə cavab verməklə onun tərəfini saxlama,
ona tərəf çıxma”; c) “düşməni dəf etmək üçün
lazımi vasitələrin məcmusu” [1, s. 284].
V.R.Xalikov göstərir ki, “müdafiə” anlayışı geniş və dar mənada başa düşülür. Geniş
mənada “müdafiə” sözü birincisi, hər bir şəxsin
pozulmuş hüquqlarının müdafiəsinin subyektiv hüququnu nəzərdə tutur. İkincisi, müdafiəyə
hüquq institutu kimi baxmaq olar.