Nadirov Elçin Zahid oğlu

“ASNAF S.Ş.” MMC, baş direktorun hüquq məsələləri üzrə müşaviri

E-mail: [email protected]

UOT 342.4

Konstitusiya qanunu : anlayışı , yaranma zərurəti və inkişaf tarixi

Konstitusiya qanunu – konstitusiyanın özündə qəbul edilməsi nəzərdə tutulan və konstitusion əhəmiyyətli ictimai münasibətlərin tənzimlənməsinə yönələn xüsusi növ normativ hüquqi aktdır. Bu aktlar, bir qayda olaraq, dövlət quruluşunun, dövlət hakimiyyəti institutlarının və digər fundamental konstitusionhüquqi münasibətlərin həyata keçirilməsinin əsas məsələlərini konkretləşdirir və inkişaf etdirir.

Yüklə