Bakı Dövlət Universitetinin Kriminalistika və məhkəmə ekspertizası kafedrasının doktorantı
E-mail: [email protected]
UOT 343.1
YETKİNLİK YAŞINA ÇATMAYANLARA QARŞI CİNSİ XARAKTERLİ CİNAYƏTLƏRİN QARŞISININ
ALINMASI SAHƏSİNDƏ QANUN VERİCİLİK SİSTEMİNİN ÇATIŞMAZLIQLARI
Yetkinlik yaşına çatmayanların cinsi toxunulmazlığının qorunması insan hüquqlarının təmin olunması sahəsində ən aktual problemlərdən biridir. İnkişaf etmiş normativ baza mövcud olsa da, müasir cinayət qanunvericiliyi uşaqları cinsi zorakılıqdan hər zaman effektiv şəkildə qorumur.
Bu, həm cinayət tərkibinin qeyri-dəqiqliyi, həm də cinsi zorakılığın müasir formalarının – o cümlədən rəqəmsal mühitdə törədilən cinayətlərin – hüquqi mexanizmlərinin yenilənməməsi ilə özünü göstərir.
Hüquq tətbiqi təcrübəsi göstərir ki, bir çox cinayət qanunu normaları aydınlaşdırılmalı, sistemləşdirilməli və internet texnologiyalarından istifadə edilən yeni cinayət formalarına uyğunlaşdırılmalıdır.