Bakı Dövlət Universitetinin Kriminalistika və məhkəmə ekspertizası kafedrasının doktorantı
E-mail: [email protected] |
ORCİD İD: 0009-0006-5276-1620
UOT 343.6:343.131.5:616.89
RUHİ-PSİXOLOJİ PATOLOGİYALI YETKİNLİK YAŞINA ÇATMAYAN ŞƏXSLƏRƏ QARŞI SEKSUAL XARAKTERLİ CİNAYƏTLƏRİN KRİMİNALİSTİK METODİKASI
Ruhi-psixoloji patologiyası olan yetkinlik yaşına çatmayan şəxslərə – bundan sonra “xüsusi həssaslıqlı qurban” adlandıracağıq –qarşı törədilən seksual cinayətlər müasir kriminalistikanın ən çoxtərəfli problemlərindən birini təşkil edir. Bu kateqoriya cinayətlər üç səbəbdən ayrıca metodiki işlənmə tələb edir: (1) qurbanın idrak, emosional və kommunikasiya qabiliyyətinin xüsusi məhdudluğu ifadəvermə prosesini hüquqi baxımdan ən mürəkkəb prosedurlardan birinə çevirir; (2) cinayətin gizli xarakteri – latentlik dərəcəsinin son dərəcə yüksək olması – ənənəvi istintaq üsullarını tək başına kifayətsiz edir; (3) ikincili travmatizasiya riski istintaq metodikasının özünü etik-hüquqi tərəfdən ciddi dərəcədə məhdudlaşdırır.