Erkən nikah yetkinlik yaşına çatmadan evlilik münasibətinə girmək aktıdır. Beynəlxalq standartlara görə, 18 yaşına qədər bağlanan istənilən birlik belə nikah sayılır. Bununla
belə, bəzi ölkələr, məsələn, valideynlərin razılığı
ilə və ya dini səbəblərə görə istisnalara yol verir. Uşaq hüquqlarının müdafiəsi üçün müasir
səylərə baxmayaraq, bu problem bütün dünyada aktual olaraq qalır. UNICEF-in məlumatına
görə, hər il təxminən 12 milyon qız uşağı 18 ya-
şına çatmamış ərə verilir və qətiyyətli tədbirlər
görülməsə, bu rəqəm 2030-cu ilə qədər 150 milyona çata bilər. Bəzi regionlarda, xüsusilə Afrika, Cənubi Asiya və Yaxın Şərqdə bu təcrübə
geniş yayılmaqda davam edir.
Erkən nikahlar uşaq hüquqlarının pozulması
hesab olmaqla yanaşı, həm də onların şəxsi inkişafına ciddi maneədir.