Biologiya, genetika və tibb sahəsində 
sürətlə inkişaf edən texnologiyalar insanlıq üçün geniş imkanlar açmaqla bərabər, 
yeni yaranan münasibətlərin hüquqi tənzim zərurətini də aktuallaşdırır. Digər qlobal texnoloji 
yeniliklər (İnternet, kibercinayətkarlıq, qlobal 
sosial şəbəkələr və sair) kimi bioetika problemləri də bir və ya bir neçə ölkənin hüququ çərçivəsində tənzimlənməsi mümkün olmayan məsələlərdir. Bunlar beynəlxalq qurumlardan daha 
fəal müdaxilə, uzlaşdırıcı fəaliyyət tələb edir. 
Bioetika və biotibb məsələləri üzrə beynəlxalq 
əməkdaşlığın təşkilində UNESCO-nun aparıcı 
rolu qeyd olunmalıdır.