Novruzzadə Türkan Hüseyn qızı-FƏRDİ MƏLUMATLARIN QORUNMASI ÜZRƏ AVROPA TƏCRÜBƏSİNİN SƏCİYYƏVİ XÜSUSİYYƏTLƏRİ

Fərdi məlumatların avtomatik emalı ilə
bağlı fiziki şəxslərin müdafiəsi haqqında” Avropa Şurasının 1981-ci il tarixli 108 saylı Konvensiyası fərdi məlumatların mühafizəsi baxımından çox mühüm yer tutan və

fərdi məlumatların qorunması üzrə əsas prinsipləri müəyyən edən ilk məcburi beynəlxalq müqavilədir [2, s. 316]. Konvensiya konvensiyaya qoşulan ölkələr üçün fərdi məlumatların qorunması üçün çərçivə təmin edir. Bu konvensiyanın yaranmasına səbəb Avropa İnsan Hüquqları Konvensiyasında fərdi məlumatların qorunması hüququnun açıq şəkildə əksini tapmamasıdır. AİHK fərdi məlumatların mühafizəsini müstəqil hüquq kimi tənzimləmir. Fərdi məlumatlar şəxsi həyata hörmət hüququ nun bir aspekti kimi AİHK-də qorunur. Bununla belə, texnologiyanın sürətli inkişafı və artan ehtiyaclar, kompüterlərin geniş istifadəsi və
məlumat sistemlərinin artması səbəbindən fərdi
məlumatların qorunması hüququna bəzi xüsusi
qaydaların daxil edilməsi lazım olduğu düşünülüb. Bu səbəbdən 108 saylı Konvensiya bu sahədəki boşluğu doldurmağa yönəlmişdir [1, s. 145]. Konvensiyanın 1-ci maddəsində qeyd olunur ki, Konvensiyanın məqsədi vətəndaşlığından və yaşayış yerindən asılı olmayaraq hər bir fiziki şəxsin əsas hüquq və azadlıqlarını, xüsusilə də ona aid fərdi məlumatların avtomatlaşdırılmış qaydada işlənməsi ilə əlaqədar şəxsi həyatın toxunulmazlığı hüququna hörmət edilməsini təmin etməkdən ibarətdir.Konvensiyanın 2-ci maddəsində fərdi məlumatlar ilə bağlı əsas anlayışlar və prinsiplər izah edilib və 3-cü maddəsində bu müqavilənin
həm dövlət, həm də özəl sektorda tətbiq oluna
biləcəyi qeyd edilib və müqaviləyə qoşulan dövlətlərin istədikləri təqdirdə bu müqaviləni fiziki və hüquqi şəxslərə tətbiq edə biləcəyi qeyd edilib. Eyni maddə avtomatik üsullarla işlənmiş məlumatların təhlükəsizliyini də nəzərdə tutur.