Hər bir dövlətin mürəkkəb, özünəməxsus 
maliyyə siyasəti vardır ki, bunun bir 
halqası qismində vergi münasibətləri mühüm 
rola malikdir. Yüzillər boyu inkişafın müxtəlif 
mərhələlərində formalaşmış cəmiyyətlərin sosial və iqtisadi rifahı məskunlaşdığı dövlətlərin 
düzgün daxili və xarici siyasətindən asılı olmuş-
dur. İstər keçmiş zamanlarda, istərsə də müasir 
dövrdə düzgün büdcə sisteminin və buna bağlı 
olaraq vergi sisteminin qurulması dövlətlər tərəfindən maliyyə münasibətlərinin yüksək tənzimlənməsindən xəbər verir.
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən 
sonra iqtisadi münasibətlərin yenidən qurulması 
bazar iqtisadiyyatına keçiddən asılı idi.