İ
nsan hüquq və azadlıqlarının məhkəmə müdafiəsinin şəxslərin qeyri-məhdud dairəsinə 
şamil edilməsi, öz normativ təsbitini tapan və qanuna zidd olmayan, eləcə də hər hansı normativ 
hüquqi aktda nəzərdə tutulmayan hüquq və azadlıqların məhkəmə müdafiəsinin predmeti olmasının mümkünlüyü, istənilən dövlət hakimiyyəti 
və yerli özünüidarə orqanları, siyasi partiyalar, 
ictimai birliklər, habelə istənilən vəzifəli şəxslər 
tərəfindən məhkəmənin müdafiəsi altında olan 
insan hüquq və azadlıqlarının pozulmasının və 
məhdudlaşdırılmasının istisnalığı, insan hüquq 
və azadlıqlarını bilavasitə məhkəmə müdafiəsinin 
özü ilə əlaqədar olan hissədə, lakin heç bir şəraitdə 
və halda məhdudlaşdırıla bilməyən hüquqlara aid 
olması kimi keyfiyyətlər məhkəmə hakimiyyətini səciyyələndirən əsas xüsusiyyətlər hesab olunur 
[1, s. 22].