Orucəliyeva Günay İsgəndər qızı-HÜQUQAZİDD DAVRANIŞ VƏ TƏQSİR MÜLKİ HÜQUQİ MƏSULİYYƏTİN YARANMA ƏSASLARI KİMİ

Hüquqazidlik anlayışı barəsində obyektiv

və subyektiv olmaqla iki nəzəriyyə irəli
sürülmüşdür. Subyektiv nəzəriyyəyə görə, bir
davranışın hüquqazidd olub-olmamasının müəyyən edilməsində nəzərə alınmalı olan meyar hüquqpozanın zərərli bir davranışına əsas olan bir
hüququnun olub-olmamasıdır. Zərərli davranış
ancaq hüquqpozanın belə bir hərəkəti etməyə
səlahiyyətli olmaması halında hüquqaziddir.
Buna görə də hərəkəti edən şəxs zərərvurucu
davranışı müəyyən bir hüququna əsaslanaraq
etmişsə, hüquqazidlikdən söhbət gedə bilməz.
Dolayısıyla, konkret bir hadisədə zərərçəkən
şəxs hərəkətin hüquqazidd olmasını sübut etmək
üçün hərəkəti edən şəxsin belə bir davranmaq
səlahiyyətinin olmadığını göstərməlidir.