Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Əmək və ekologiya hüququ kafedrasının
əyani doktorantı
E-mail: [email protected]
UOT 349.2
AZƏRBAYCAN RESPUBLİKASININ VƏ RUSİYA FEDERASİYASININ
QANUNVERİCİLİYİNƏ GÖRƏ ƏMƏK HAQQININ NATURA
FORMASINDA ÖDƏNİLMƏSİNİN MƏHDUDLAŞDIRILMASI
Azərbaycan Respublikasının qüvvədə olan əmək qanunvericiliyi işçiyə əmək haqqının pul və ya natura formasında ödənilməsini nəzərdə tutur. Rusiya Federasiyasının əmək qanunvericiliyi isə işçiyə əmək haqqının ödənilməsinin pul və ya qeyri-pul formalarını təsbit edir. Azərbaycan Respublikasının və Rusiya Federasiyasının qüvvədə olan əmək qanunvericiliyinə görə əmək haqqının natura (qeyri-pul) formasında ödənilməsi məsələsinə aydınlıq gətirməzdən əvvəl qısaca da olsa, məsələnin qanunvericilik tarixinə ekskurs etməyi məqsədəmüvafiq hesab edirik.