Paşalı Şəhriyar Faiq oğlu

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Əmək və ekologiya hüququ

kafedrasının əyani doktorantı

E-mail: [email protected]

Ünvan: Bakı, Akademik, 33 Zahid Xəlilov küçəsi

UOT: 349.2

AZƏRBAYCAN RESPUBLIKASININ VƏ RUSİYA FEDERASİYASININ QANUNVERİCİLİYİNƏ

GÖRƏ ƏMƏK HAQQININ VERİLMƏ YERİ HAQQINDA MƏSƏLƏYƏ DAİR

Əmək haqqının verilmə yeri məsələsinin tədqiqinə keçməmişdən öncə əmək haqqının anlayışını verməyi məqsədəmüvafiq hesab edirik. Nə Azərbaycan SSR-in 1971-ci il 10 dekabr tarixli Əmək Qanunları Məcəlləsində (bundan sonra qısaca olaraq Azərb. SSR ƏQM), nə də RSFSR-in 1971-ci il 9 dekabr tarixli Əmək Qanunları Məcəlləsində (bundan sonra qısaca olaraq RSFSR ƏQM) əmək haqqı anlayışının leqal tərifi verilməmişdir. Bu boşluq Azərbaycan Respublikasının 1999-cu il 1 fevral tarixli Əmək Məcəlləsinin (bundan sonra qısaca olaraq ARƏM) və Rusiya Federasiyasının 2001-ci il 30 dekabr tarixli Əmək Məcəlləsinin (bundan sonra RF ƏM) qəbulu ilə tamamilə aradan qaldırıldı

Yüklə