Paşayev Araz Nadir oğlu, Əkbərli Ülkər Asif qızı -ƏMƏK HÜQUQUNUN MAHİYYƏTİ

Əmək hüququnun müxtəlif alimlər tərəfindən tədqiq edilməsinə baxmayaraq

[34; 38; 35; 37; 22], hazırda ölkəmizdə siyasi və
iqtisadi situasiyasının əsaslı dəyişməsi sayəsində
bu problem daha da aktuallaşır. Əmək hüququnun tədqiqinin aktuallığı müasir şəraitdə məzmununu əmək hüququna ənənəvi yanaşma üçün
prinsipial olaraq yeni müddəalar təşkil edən Azərbaycan Respublikasının yeni Konstitusiyasının,
habelə Azərbaycan Respublikasının yeni Əmək
Məcəlləsinin (bundan sonra qısaca olaraq AR
ƏM) qəbulu ilə şərtlənmişdir.
Bütün bunlar əmək hüququ və onun reali­zəsinin səmərəli sisteminin yaradılması nəzəriy­yəsinin kök salmış müddəalarının yenidən nəzərdən keçirilməsinin zəruriliyi ilə şərtlənir.