Pərviz Lalə Pərviz qızı, Əhmədli Dəryanur Yusif qızı, Məmmədzadə Nurtac Mətləb qızı

Pərviz Lalə Pərviz qızı,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının

“Hüquqşünaslıq” ixtisası üzrə IV kurs bakalavr tələbəsi

E-mail: [email protected]

Əhmədli Dəryanur Yusif qızı,

Bakı Dövlət Universitetinin “Hüquqşünaslıq” ixtisası üzrə IV kurs bakalavr tələbəsi

E-mail: [email protected]

Məmmədzadə Nurtac Mətləb qızı,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının

“Hüquqşünaslıq” ixtisası üzrə IV kurs bakalavr tələbəsi

E-mail: [email protected]

UOT 347.9

MÜLKİ PROSESDƏ FORMAL HƏQİQƏTİN MÜƏYYƏN EDİLMƏSİ

Azərbaycan Respublikasının Konstitusiyasına 2009-cu il referendumla yeni bir normanın əlavə edilməsi hüquq ədəbiyyatında növbəti müzakirə mövzusunun yaranmasına səbəb olmuşdur. Belə ki, 2009-cu il 18 mart tarixli “Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi haqqında” referendum aktının 24-cü bəndinə əsasən, Konstitusiyanın “Məhkəmə hakimiyyətinin həyata keçirilməsi” adlı 125-ci maddəsinə aşağıdakı məzmunda yeni bir hissə əlavə olundu: “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” [2, b. 24]. Bu normanın əlavə edilməsindən sonra həm hüquqtətbiqedən orqanlar, həm də hüquqşünas alimlər arasında məhkəmə icraatı zamanı müəyyən edilən həqiqətin formal, yoxsa obyektiv olması, ümumiyyətlə, qanunvericinin “həqiqət” dedikdə tam olaraq nəyi nəzərdə tutması məsələsi ətrafında çoxsaylı müzakirələr və fikir mübadilələri aparılmışdır.

Yüklə