Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının 4-cü kurs tələbəsi
E-mail: [email protected]
UOT 342.95
İNZİBATİ MƏHKƏMƏLƏRDƏ İŞ YÜKÜNÜN AĞIRLIĞININ SƏBƏBLƏRİ
VƏ HÜQUQİ NƏTİCƏLƏRİ
Müasir dövrdə dövlət idarəçiliyinin genişlənməsi və inzibati hüquqi münasibətlərin dinamik inkişafı inzibati hüquq münasibətlərinin artım tendensiyasını qaçılmaz etmişdir. İnzibati icraatın hüquqi tənzimlənməsi sahəsində qəbul olunmuş normativ aktların tətbiqi nəticəsində vətəndaşların öz hüquq və azadlıqları barədə məlumatlılıq səviyyəsi yüksəlmiş, onların inzibati orqanların fəaliyyətinə qarşı hüquqi müdafiə vasitələrindən istifadə imkanları genişlənmişdir. Bunun nəticəsində, inzibati məhkəmələrə edilən müraciətlərin sayında artım tendensiyası müşahidə olunmağa başlanılmışdır