Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı, polis polkovniki
Ünvan: Bakı şəhəri, Nigar Rəfibəyli küç.
E-mail: [email protected]
UOT 343.1
İNSAN ALVERİ CİNAYƏTLƏRİ ÜZRƏ CİNAYƏT TƏQİBİ ZAMANI UŞAQ
HÜQUQLARININ MÜDAFİƏSİNİN BEYNƏLXALQ HÜQUQİ STANDARTLARI
Hər bir demokratik hüquqi dövlətin fəaliyyətində uşaqlarla bağlı strategiya böyük əhəmiyyət kəsb edir. Uşaqların normal mühitdə böyüdülməsi, onların sağlamlıq imkanlarının arıtırılması, uşaqların psixososial durumunun nəzarətdə saxlanılması, onların təhsilə cəlb edilməsi, potensiallarının qiymətləndirilməsi, sosial dəstək proqramlarının həyata keçirilməsi kimi tədbirlərlə sağlam gəncliyin yetişdirilməsi hər bir cəmiyyət üçün prioritet məsələlərdəndir.