Qarayev Samir Siyasət oğlu

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı, polis polkovniki

E-mail: [email protected]

UOT 343.13

İNSAN ALVERİ CİNAYƏTLƏRİ ÜZRƏ CİNAYƏT TƏQİBİ MƏSƏLƏLƏRİ

Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli “İnsan alverinə qarşı mübarizə haqqında” Qanununun 1-ci maddəsinə əsasən insan alveri – zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla insanların istismar məqsədilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsidir [1]. Qanunvericilikdə təsbit edilmiş bu anlayış Azərbaycan Respublikasının 2003-cü il 13 may tarixli Qanunu ilə təsdiq edilmiş BMT-nin “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” Konvensiyasının, onu tamamlayan “İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında” Protokolda insan alverinə verilmiş anlayışdan qaynaqlanır [5]. 2005-ci il 30 sentyabr tarixli Azərbaycan Respublikasının Qanunu ilə Cinayət Məcəlləsinə “İnsan alveri” adlı yeni – 144-1-ci maddə, eyni zamanda insan alverinin forması olan “Məcburi əmək” adlı 144-2-ci maddə və “İnsan alverindən zərərçəkmiş şəxs haqqında konfidensial məlumatları yayma” – 316-1-ci maddə əlavə edilmişdir [1

Yüklə