Bu gün özünün əhəmiyyətinə və vacibliyinə
görə əsas insan hüquq və azadlıqları universal və bölünməz bir dəyər olaraq dövlətdaxili hüquq (DH) və beynəlxalq hüququn (BH) qarşılıqlı münasibətləri və qarşılıqlı fəaliyyəti müstəvisində hüquqi tənzimlənmənin təsiri altındadır. Baxmayaraq ki, insan hüquqlarının müdafiəsi ideyası tarixən DH-un tənzimetmə sferasına aid olub. Bu ideyanın məğzində duran
məna yükü ondan ibarətdir ki, istənilən fərd
məhz insan varlığı olduğuna görə doğulduğu
andan müəyyən ayrılmaz hüquqlara malikdir
və dövlət bərabər əsasda, heç bir ayrı-seçkilik
olmadan bu hüquqları qanunvericilikdə və praktikada təmin etməlidir [6, s. 156].