Uzun müddət nəzəriyyə və beynəlxalq 
münasibətlər praktikasında formalaşmış 
yanaşma ondan ibarət olub ki, fiziki şəxslər beynəlxalq cinayətləri törətmiş olsalar da belə, onların əməli “dövlətin cinayəti” aktı konsepsiyasına 
əsaslanmaqla, dövlətin fəaliyyəti hesab edilmiş 
və bu da təqsirli şəxslərin cinayət məsuliyyətinə 
cəlb edilib cəzalandırılması imkanını, təbii ki, 
müvafiq dövlətin siyasi maraqları nəzərə alınmaqla, mümkünsüz etmişdir. Başqa sözlə desək, 
bu skeptik (yanlış) yanaşma daha çox beynəlxalq 
hüquqla qadağan olunan ciddi pozuntuları, 
məsələn, müharibə adət və qanunlarını kobud 
və kütləvi şəkildə pozan və dövlətin birbaşa siyasətini həyata keçirən dövlət və hökumət başçı-
larını, yüksək rütbəli hərbi rəisləri və b. cinayət 
məsuliyyətindən yayındırmaq məqsədi ilə bağlı 
olmuşdur.