Müasir dünyada mövcud olan və mülki-
hüquqi tənzimləmənin predmetini təşkil edən nağdsız hesablaşmalar sistemi sosial münasibətlər sistemində uzunmüddətli transformasiyaların və dəyişikliklərin nəticəsində formalaşmışdır. Nağdsız hesablaşmaların mülkihüquqi tənzimlənməsi mexanizminin formalaşması və sonrakı inkişafı məsələlərini nəzərdən keçirərkən və tədqiq edərkən ondan çıxış etmək lazımdır ki, belə nağdsız hesablaşmalar mahiyyət etibarı ilə hesablaşma münasibətlərinin həyata keçirilməsi formalarından birini təşkil edir.