Azərbaycan Respublikasının hazırkı ekologiya qanunvericiliyi normativ hüquqi 
aktların kifayət qədər geniş həcmi ilə diqqəti 
cəlb edir. Müasir AR-in müstəqilliyinin 33 illik dövrü ərzində respublikamızın ekologiya qanunvericiliyi xeyli inkişaf edərək təkmilləşmiş, 
çoxlu sayda qanunlar, məcəllələr, Nazirlər Kabinetinin qərarları, Prezident fərmanları və digər aktlarla zənginləşmişdir.