Qasımov Alış Məmiş oğlu,Cəfərov Zahid İsa oğlu,Əsədov Anar Əlibala oğlu

Qasımov Alış Məmiş oğlu,

Bakı Dövlət Universitetinin Əmək və ekologiya hüququ kafedrasının müdiri, h.e.d., professor

Ünvan: Bakı şəhəri, Akademik Zahid Xəlilov küçəsi, 33

E-mail: [email protected]

Cəfərov Zahid İsa oğlu,

Bakı Dövlət Universitetinin Əmək və ekologiya hüququ kafedrasının professoru, h.e.d.

Ünvan: Bakı şəhəri, Akademik Zahid Xəlilov küçəsi, 33

E-mail: [email protected]

Əsədov Anar Əlibala oğlu,

Bakı Dövlət Universitetinin müəllimi

Ünvan: Bakı şəhəri, Akademik Zahid Xəlilov küçəsi, 33

E-mail: [email protected]

UOT 349.41

TORPAQ-HÜQUQ MÜNASİBƏTLƏRİNİN ÜMUMİ XÜSUSİYYƏTLƏRİ VƏ

ƏLAMƏTLƏRİ

Torpaq hüquq münasibətlərinin anlayışı və strukturu önəmli və mürəkkəb məsələdir. Bu məsələ haqlı olaraq, torpaq hüququ elminin fundamental problemlərinə aid edilir. Lakin həmin məsələ hələ nəzəri səviyyədə kifayət qədər işlənilməmişdir. Fikrimizcə, bunun başlıca səbəbi ondan ibarətdir ki, hüquq elmində hüquq münasibətinin anlayışı məsələsində ciddi fikir ayrılıqları mövcuddur. Bəzən bu anlayış o dərəcədə daralır ki, yalnız mülki-hüquqi öhdəlik münasibətlərini əhatə edir, bəzən isə o dərəcədə genişlənir ki, hüququn ictimai münasibətlərlə spesifik əlaqə formasının hər hansı müəyyənliyini itirir. Torpaq hüquq münasibətlərinin anlayışının mürəkkəbliyi həm də onunla bağlıdır ki, müasir mərhələdə torpaq münasibətlərindəki köhnə təfəkkür və davranış stereotiplərindən imtina olunmalıdır. Uzun müddət ölkəmizdə torpağın vahid və mütləq mülkiyyətçisi dövlət olmuşdur. Dövlət torpağın yeganə və vahid mülkiyyətçisi olaraq, torpağa sahiblik, ondan istifadə və onun barəsində sərəncamla bağlı bütün məsələləri həll etmişdir.

Yüklə