Məhkəmə nitqlərini tənzim edən cinayətprosessual hüquq normalarının inki-
şaf tarixinə nəzər saldıqdan sonra qüvvədə olan 
cinayət-prosessual qanunvericilikdə məhkəmə 
nitqlərinin prosessual xarakteristikasını tədqiq 
etmək məqsədəuyğun hesab olunur.
Bilavasitə qüvvədə olan cinayət-prosessual 
qanunvericiliyin müvafiq maddələrinin təhlilinə 
keçməzdən əvvəl, N.N. Ostapçukun belə bir 
fikrinə diqqət yetirmək istərdik ki, məhkəmə 
nitqləri və məhkəmə çıxışları eyniyyət təşkil 
etməyən anlayışlardır [10, s. 50]. Həqiqətən də 
məhkəmə nitqi daha geniş anlayış olub, özündə 
həm məhkəmə çıxışlarını, həm də məhkəmə 
nitqinin digər növlərini ehtiva edir.