Qədimov Vüqar Anar oğlu-CİNAYƏT QANUNVERİCİLİYİNDƏ “KÖMƏK GÖSTƏRMƏMƏ” PASSİV DAVRANIŞIN TƏZAHÜRÜ KİMİ

Passiv davranışın təzahürü kimi “kömək

göstərməmə” hərəkətsizliyin strukturuna daxil olduğundan onun xüsusiyyətlərinin
təhlili öncəliklə hərəkətsizliyin elmi kateqoriya kimi xülasə tədqiqini şərtləndirir. Belə ki,
hərəkətsizliklə törədilən cinayətlərin cinayət
hüquq elmində daim müzakirə predmeti olması,
onların təzahür forması kimi “kömək göstərməmə”yə də sirayət etdiyindən bu fenomenlərin
cinayət-hüquqi aspektdən dərindən təhlilinə bö-
yük ehtiyac vardır.
Fəlsəfi ədəbiyyatlarda əksər hallarda hərəkətsizlik hərəkət haqqında təlim ilə müqayisə
edilərək öyrənilir. Belə ki, hərəkət fasiləliklə
fasiləsizliyin vəhdəti və daxili ziddiyyəti kimi
qiymətləndirilir və hərəkətsizlik halı istisna
edilir. Hətta fiziki səviyyədəki sükunət halına
hərəkətliliyin ifadəsi kimi yanaşılır [9, s. 130].