Cinayət-hüquq nəzəriyyəsində məhz cinayət məsuliyyətinin əsasının nədən 
ibarət olması ilə bağlı geniş müzakirə və mübahisələrə yer verilmiş olsa da, bir çox müəlliflər 
cinayət tərkibini cinayət məsuliyyətinin əsası 
kimi qəbul edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 3-cü maddəsinə əsasən, cinayət məsuliyyətinin iki əsası müəyyən edilmişdir: faktiki 
əsas kimi ictimai-təhlükəli əməl; hüquqi əsas 
kimi həmin əməldə cinayət tərkibinin olması 
[2, s. 48]. Buna uyğun olaraq, cinayət-hüquq 
nəzəriyyəsində cinayət tərkibinin əlamətlərinin 
dörd ayrıca qrupda təsnifatı aparılır: 
- cinayətin obyektini xarakterizə edən əlamətlər;
- cinayətin obyektiv cəhətini xarakterizə edən 
əlamətlər;