Müasir beynəlxalq cinayət hüququnda 
“beynəlxalq cinayətlər”, “beynəlxalq 
xarakterli cinayət” anlayışları metodoloji əhəmiyyət kəsb edən fundamental anlayışlar sırasına aid edilir. Müəlliflər arasında bu anlayış-
lara tərif verilməsi, onların sistemi, təsnifatı, 
xarakterik cəhətləri ətrafında vahid fikir yoxdur. 
Beynəlxalq cinayət geniş bir kateqoriyadır və 
beynəlxalq hüquq pozuntularının xüsusi bir 
növünü (formasını) təşkil edir. Ümumiyyətlə, 
bu cinayətlər beynəlxalq birlik və sülhə qarşı 
törədilmiş cinayətləri əhatə edir. Bununla yana-
şı, beynəlxalq xarakterli cinayətlər daha spesifik bir kateqoriyadır və ümumilikdə dövlətlərin 
maraqlarına qarşı törədilmiş cinayətləri ifadə 
edir.