Qəfərli Mirtərlan Midhəd oğlu, İbrahimov Elvin Mahir oğlu

Qəfərli Mirtərlan Midhəd oğlu,

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin “Transmilli cinayət hüququ” ixtisası üzrə

2-ci kurs magistrantı

E-mail: [email protected]

İbrahimov Elvin Mahir oğlu,

Dövlət Gömrük Komitəsinin Akademiyasının “Hüquqşünaslıq” ixtisası üzrə bakalavr tələbəsi

E-mail: [email protected]

UOT 343.2/.7

TRANSMİLLİ CİNAYƏT HÜQUQUNUN

NƏZƏRİ MƏSƏLƏLƏRİ

Hüquq, ictimai münasibətlərin tənzimləyicisi olub, dövlət tərəfindən müəyyən edilən, mühafizə edilən və təmin edilən ümumməcburi, formal davranış qaydalarının məcmusudur. Qədim dövrlərdən cəmiyyət həyatının müxtəlif sahələrinə nüfuz edən hüquq, müasir dövrdə texnologiyanın inkişafı və dövlətlər arasında əlaqələrin genişlənməsi nəticəsində yeni yaranmış münasibətlərin tənzimlənməsi üçün yeni sahələrin yaranmasına səbəb olmuşdur. R. K. Məmmədov beynəlxalq cinayət hüququnun İkinci Dünya Müharibəsindən sonra qəbul edilmiş beynəlxalq sənədlər əsasında yaranmasını qeyd edir və əsaslandırır ki, beynəlxalq cinayət hüququ 20-ci əsrdə cinayətkarlığın qloballaşması prosesində adekvat şəkildə inkişaf etmişdir. Ən təhlükəli cinayətlər (iqtisadi, zorlama, qanunsuz gəlirlərin yuyulması, bank dələduzluğu, tamah məqsədli vəzifə cinayətləri, ilk növbədə mütəşəkkil cinayətkarlıq, terrorizm, narkotik vasitələrin və silahların qanunsuz dövriyyəsi, kontrabanda, saxta pul hazırlama, kompüter cinayətləri və s.) milli cinayətlər olmaqla qalmayıb, beynəlxalq cinayətlərə çevrilmişdir.

Yüklə