Qəfərli Mirtərlan Midhəd oğlu-KORRUPSİYAYA QARŞI MÜBARİZƏ VƏ ONUN SƏMƏRƏLİLİYİ MƏSƏLƏLƏRİ

Cinayətkarlıq sosial bəla kimi bəşəriyyəti

daim narahat etmiş və bu bəladan cəmiyyətin xilas olması, göründüyü kimi, bu günədək mümkün olmamışdır. Korrupsiya ilə
bağlı cinayətkarlıq dünyanın əksər ölkələrində
geniş yayılmış neqativ hadisədir. Korrupsiyalatın dilindən tərcümədə əzmək, xarab etmək,
zədələmək mənasını ifadə edir. Korrupsiya –
sosial-hüquqi hadisə kimi adətən dövlətin məmurlarının, vəzifəli şəxslərinin, ictimai və siyasi xadimlərinin alınması və satılması anlamını
verir. Tarixi abidələr bu neqativ əməllərin ta
qədim dövrlərə təsadüf etməsinə dəlalət edir.
Hələ vaxtilə qədim mütəfəkkirlər (Aristotel)
korrupsiyanın siyasətlə bağlı olması fikrini irəli
sürmüşdü. Qədim yunan filosofu Diogenin qardaşına “Bəsdir hakimləri ələ almaqla sərvətini
artırdın!” müraciəti, Məhəmməd Fizulinin “Salam verdim – rüşvət deyildir deyə almadılar”
ifadəsi müxtəlif dövrlərdə cəmiyyət tarixində
bu növ cinayət əməllərinin baş verməsinin bariz mənzərəsini təcəssüm etdirir.