Qəfərov Midhəd Seyidəhməd oğlu,
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət prosesi kafedrasının professoru,
hüquq elmləri doktoru
Ünvan: Bakı şəhəri, Akademik Zahid Xəlilov küçəsi, 33
E-mail: [email protected]
Əfəndiyev İsmayıl Namiq oğlu,
Azərbaycan Tibb Universitetinin dosenti, t.ü.f.d.
Ünvan: Bakı şəhəri, Səməd Vurğun küçəsi, 163
E-mail: [email protected]
UOT 343.13
AZƏRBAYCAN RESPUBLİKASININ CİNAYƏT PROSESİNDƏ EHTİYAT HAKİM
İNSTİTUTUNUN TƏTBİQİNİN BƏZİ MƏSƏLƏLƏRİ
Ehtiyatda olan hakimlər uzunmüddətli və xüsusilə mürəkkəb cinayət işlərində məhkəmə baxışının fasiləsizliyinin və hüquqi davamlılığının təmin edilməsində mühüm funksional əhəmiyyət daşıyırlar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – AR CPM) 309-cu maddəsinə əsasən, üç hakimdən ibarət məhkəmə kollegiyası ilə baxılan cinayət işlərində bir nəfər əvəzedici hakimin təyin olunmasına hüquqi imkan yaradılır [1]. Bu normanın məqsədi məhkəmə tərkibində dəyişiklik baş verdiyi hallarda prosesin təkrar başlanmasının qarşısını almaq və məhkəmə icraatının effektivliyini təmin etməkdir.