Qəfərov Midhəd Seyidəhməd oğlu,Eyvazov Hikmət Qismət oğlu,Qəfərli Mirtərlan Midhəd oğlu,

Qəfərov Midhəd Seyidəhməd oğlu,

hüquq üzrə elmlər doktoru, professor, BDU-nun Hüquq fakültəsinin “Cinayət prosesi” kafedrası

Ünvan: Bakı, Akademik Zahid Xəlilov küçəsi, 33

E-mail: [email protected]

https://orcid.org/0009-0007-4963-4054

Eyvazov Hikmət Qismət oğlu,

hüquq üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Respublikası

DTX-nin Heydər Əliyev adına Akademiyası

Ünvan: Bakı şəhəri, Ələsgər Qayıbov küçəsi, 6

E-mail: [email protected]

https://orcid.org/0000-0003-2118-3478

Qəfərli Mirtərlan Midhəd oğlu,

Bakı Ağır Cinayətlər Məhkəməsi, hakim köməkçisi, magistr

Ünvan: Bakı, Səməd Vurğun küçəsi – 46.

E-mail: [email protected]

UOT 343.1

MÜASİR CİNAYƏT-PROSESSUAL HÜQUQUN İNKIŞAFININ YENİ MƏRHƏLƏSİ

Müasir cinayət-prosessual hüququn inkişafının yeni mərhələsi, Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan və vətəndaş hüquq və azadlıqlarının qorunması prinsipləri ilə rəqəmsal transformasiya və süni intellekt texnologiyalarının cinayət mühakimə icraatına inteqrasiyasının zərurətindən irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən dövlətin ali məqsədi insan və vətəndaş hüquq və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsidir. Bu maddə cinayət-prosessual hüququn insan hüquqlarına yönəlmiş inkişafının konstitusion əsasını təşkil edir [1, mad.12].

Yüklə