Qələndərova Elnarə Şahin qızı-QEYRİ-MADDİ MƏDƏNİ İRS ANLAYIŞININ FORMALAŞMASI VƏ TƏNZİMLƏNMƏSİNDƏ YUNESKO-nun ROLU

Müasir mədəni irs hüququnun əsaslarına

dair ilkin tənzimləmələr beynəlxalq
humanitar hüquqda qarşımıza çıxır. Belə ki,
20-ci əsrdə silahlı münaqişə qaydalarının kodifikasiyası məqsədilə yaradılan normalar eyni zamanda mədəni irsin qorunması məqsədi daşıyan
müddəaları nəzərdə tutur [1, s. 22]. Yəni “Silahlı
münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyası
ilkin olaraq sənət və elm məqsədli tikililər və tarixi abidələr üçün beynəlxalq mühafizəni nəzərdə tutur