Qənbərova Jalə Elçin qızı-ŞƏXSİN RAZILIĞI OLMADAN TRANSPLANTASİYA MƏQSƏDİLƏ DONOR ORQANIN GÖTÜRÜLMƏSİ CİNAYƏTİNİN TƏHLİLİ

İ
nsanların əsas hüquqlarından biri olan şəxsi

toxunulmazlıq hüququ Azərbaycan Respublikasının Konstitusiyasının 32-ci maddəsin­də təsbit olunmuşdur. Həmin maddəyə əsasən,
hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır
[1]. Toxunulmazlıq şəxsin razılığı olmadan ona
məxsus olan hər hansı bir şeylə bağlı müəyyən
bir fəaliyyətin həyata keçirilməsini istisna edir.
Fiziki toxunulmazlıq fərdin cisminin və bioloji
tamlığının toxunulmazlığını bildirir. İnsan üçün
toxunulmazlıq hətta formal hüquq normalarından
kənarda belə, onun məşğuliyyətindən asılı olmayaraq böyük əhəmiyyətə malikdir. Bu, xüsusilə də
fiziki və əxlaqi-mənəvi toxunulmazlığa aiddir [5].
Tibb sahəsi müəyyən spesifikliyə malik olduğundan, burada toxunulmazlıq xüsusi qaydalar
nəzərə alınmaqla qorunur.