Qubadov Asif Səmidəli oğlu

Hüquqşünas, “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında bərpa,

tikinti və idarəetmə xidməti” Publik Hüquqi Şəxs

E-mail: asif.qubadov2025@gmail

Ünvan: Xankəndi şəhəri

UOT 343.1

AXTARIŞ İSTİNTAQ HƏRƏKƏTİNİN BƏZİ PSİXOLOJİ MƏSƏLƏLƏRİ

Psixoloji aspektdə axtarış kifayət qədər mürəkkəb və spesifik istintaq hərəkəti hesab olunur. Bu, ilk növbədə, axtarışın barəsində axtarış aparılan şəxsə münasibətdə məcburi xarakter daşıması ilə əlaqədardır. İkincisi, axtarış üçün istintaq hərəkətləri iştirakçılarının mənafelərinin ziddiyyət təşkil etməsi səciyyəvidir. Müstəntiq və təhqiqat orqanı işçisi cinayət alətlərinin, cinayət yolu ilə əldə edilmiş predmet və qiymətlilərin aşkar edilməsində maraqlı olduğu halda, barəsində axtarış aparılan şəxs əksər hallarda bunda maraqlı deyildir. İstənilən halda, o cümlədən axtarışın məhkəmə qərarı əsasında aparıldığı hallarda şübhəli, təqsirləndirilən şəxs və ya onun ailə üzvləri üçün arzuedilməz müdaxilə baş verir, bu hərəkət yaşayış yerinin toxunulmazlığı, şəxsi həyat sirləri hüququnun pozulmasına səbəb olur.

Yüklə