Quliyev İlkin Nizami oğlu

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət prosesi kafedrasının doktorantı

E-mail: [email protected]

UOT 343.14:004.8

CİNAYƏT İCRAATINDA SÜNİ İNTELLEKT VƏ AVTOMATLAŞDIRILMIŞ

SİSTEMLƏR VASİTƏSİLƏ ƏLDƏ EDİLMİŞ SÜBUTLARIN ETİBARLILIĞI VƏ YOL VERİLƏNLİYİ

Müasir dövrdə rəqəmsallaşma prosesləri hüquq-mühafizə və məhkəmə fəaliyyətini də əhatə edərək cinayət icraatında süni intellekt (Sİ) texnologiyalarının tətbiqini aktuallaşdırmışdır. Süni intellektin hüquq sahəsinə inteqrasiyası cinayətlərin araşdırılması, prosessual fəaliyyətin optimallaşdırılması və resurslardan səmərəli istifadə baxımından mühüm üstünlüklər vəd edir. Bununla yanaşı, bu texnologiyaların tətbiqi hüquqi, etik və prosessual xarakterli ciddi çağırışlar yaradır. Xüsusilə sübutların toplanması, qiymətləndirilməsi, risklərin proqnozlaşdırılması və qərar qəbuluna təsir edən alqoritmik sistemlərin istifadəsi cinayət prosesinin əsas prinsiplərinə – qanunilik, təqsirsizlik prezumpsiyası, tərəflərin bərabərliyi və şəxsin hüquq və azadlıqlarının qorunması tələblərinə tam uyğun olmalıdır.

Yüklə