Mülki işin mahiyyəti üzrə tam, obyektiv və hərtərəfli həll edilməsi məhkəmələrin konstitusiya ilə müəyyən edilmiş vəzifəsidir. Bu məqsədlə, işin faktiki və hüquqi 
hallarının müəyyən edilməsi hüququn tətbiqi 
baxımından əhəmiyyət kəsb edir. Mülki iş üzrə 
icraatda mülki hüquq pozuntusunu təşkil edən 
əməlin (delikt) subyekti və subyektiv cəhəti ilə 
obyekti və obyektiv cəhəti işin faktiki və hüquqi 
hallarına aid edilir. Delikt nəticəsində dəymiş 
zərərin əvəzinin ödənilməsinə dair mülki işlərə 
mülki mühakimə qaydasında baxılır.