1. Ümumi müddəalar
1. Milli Strategiya ilə Azərbaycan Respublikasında narkovəziyyətin və onun inkişaf meyillərinin analizi, narkomanlığın və narkobiznesin 
milli təhlükəsizlik üçün yaratdığı təhdidlərin 
qiymətləndirilməsi, həmçinin, “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların dövriyyəsi haqqında” 2005-ci il Qanunu ilə 
müəyyən olunmuş prinsiplər əsasında yaxın və 
orta perspektiv üçün antinarkotik siyasətin strateji məqsəd və vəzifələrin reallaşdırılmasına istiqamətlənmiş tədbirlər və əsas fəaliyyət istiqamətləri müəyyən olunur. 
Milli Strategiyanın hüquqi əsasını Azərbaycan Respublikasının Konstitusiyası, Qanunlar, 
Azərbaycan Respublikası Prezidentinin və Nazirlər Kabinetinin normativ hüquqi aktları, həmçinin Azərbaycan Respublikasının beynəlxalq 
müqavilələri təşkil edir.