Quliyeva Nigar Eldar qızı-AZƏRBAYCAN RESPUBLİKASINDA KOMMERSİYA MÜBAHİSƏLƏRİNƏ BAXILMASININ MEXANİZMLƏRİ

Cəmiyyətdə sahibkarlıq fəaliyyəti inkişaf

etdikcə və sahibkarlıq subyektlərinin
sayı artdıqca kommersiya mübahisələrinin yaranması halları da artmaqdadır. Bu da öz növbə­sində kommersiya mübahisələrinin həllinin üsul
və tənzimləmə mexanizmlərinin təkmilləşdi­rilməsini zəruri edir. Bu məqsədlə qanunve­­riciliyimizdə kommersiya mübahisələrinə məhkəmədə, eyni zamanda məhkəmədənkənar ba­xılmasının mümkünlüyü tənzimlənmiş və bu
tənzimlənmə mexanizmləri mübahisələrin çeviklik və obyektivlik cəhətdən tərəflər üçün əl­verişli olan yerdə həll edilməsi imkanlarını nəzərdə tutur. Bu mexanizmlərə kommersiya mübahisələrindən irəli gələn mübahisələr üzrə tərəflərin təcrübədə istifadə edə biləcəyi aşağıdakı
4 (dörd) kateqoriya aiddir [1, s. 22]