Quluzadə Məhəmməd Fəxrəddin oğlu-DÖVLƏTİN ƏMƏLİNİN HÜQUQAZİDDLİYİNİ İSTİSNA EDƏN HALLAR: FORS-MAJOR

Dövlət beynəlxalq hüququn subyekti kimi başqa dövlətlərlə bağladığı ikitərəfli

və tərəfdar çıxdığı çoxtərəfli müqavilələrin müd­dəalarından irəli gələn öhdəliklərini icra etməyə
borcludur. Bir qayda olaraq, dövlətin beynəlxalq
müqavilə üzrə öhdəliyini yerinə yetirməməsi
onun məsuliyyətinə səbəb olur. Lakin müqavilə
öhdəliklərinin yerinə yetirilməməsi əməlin hüquqaziddliyini istisna edən hallara söykəndikdə
dövlətin məsuliyyəti yaranmır.
“Beynəlxalq hüquqazidd əməllərə görə dövlətlərin məsuliyyəti haqqında” Maddələrin [8]
V fəslində razılıq, özünümüdafiə, əks-tədbirlər, fors-major, bədbəxt hadisə və zəruri vəziyyət hüquqaziddliyi istisna edən hallar kimi nəzərdən keçirilir (maddələr 20-27).