Beynəlxalq humanitar hüququn tətbiqi 
məsələsinə xüsusi diqqət yetirmək lazımdır. Çünki bu hüquq sahəsinin normalarının 
nə zaman və hansı halda tətbiq olunacağı mühüm 
əhəmiyyət kəsb edən məsələlərdən biridir. Bunun 
üçün onun tətbiq sahələrinə nəzər salmaq lazımdır. Bu hüquq sahəsinin anlayışından da onun 
tətbiq dairəsi bariz şəkildə görünür. Beynəlxalq 
humanitar hüququn tətbiq vəziyyətinə görə 2 nö-
vünü fərqləndirmək olar:
1) beynəlxalq silahlı münaqişələrə tətbiq edilən;
2) qeyri-beynəlxalq xarakterli silahlı münaqişələrə tətbiq edilən.