Müharibə cinayətləri sülh və insanlıq 
əleyhinə cinayətlərdən biri hesab olunur. Bu kateqoriyadan olan cinayətlər beynəlxalq sənədlərdə əks olunan normalardan əlavə, 
həm də hər bir dövlətin qanunvericiliyi ilə tənzimlənməlidir. Çünki müharibə cinayətləri geniş yayılmışdır və bu cinayətlərin baş verməsi 
dövlətlərin mənafeyinə zidd olduğu üçün hər bir 
dövlətin daxili qanunvericiliyi ilə tənzimlənməsi 
vacibdir. Belə ki, Azərbaycan Respublikasının 
qanunvericiliyində də bu növ cinayətlərə yer ayrılmışdır. Hətta 2000-ci il tarixində qüvvəyə minmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – AR Cinayət Məcəlləsi) 
müvafiq fəsli müharibə cinayətlərinə həsr olunmuşdur.