Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, «Heritus Group» MMC-nin hüquqşünası
Ünvan: Bakı şəh., Koroğlu Rəhimov küç., 22 C
E-mail: [email protected]
UOT 349.2; 347.799.4
«DƏNİZ ƏMƏYİ KONVENSİYASI»NIN HÜQUQİ TƏBİƏTİ VƏ AZƏRBAYCAN
RESPUBLİKASI QANUNVERİCİLİYİNƏ İNTEQRASİYASININ KONSEPTUAL
ƏSASLARI
Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən 2006-cı il fevralın 23-də Cenevrə şəhərində qəbul edilmiş və 2013-cü il avqustun 20-də beynəlxalq qüvvəyə minmiş «Dəniz Əməyi Konvensiyası» (Maritime Labour Convention– MLC, 2006) qlobal dənizçilik sənayesində dənizçilərin sosial-əmək hüquqlarını təmin edən «dördüncü sütun» (SOLAS, MARPOL və STCW konvensiyaları ilə yanaşı) qismində çıxış edir [1; 11]. Azərbaycan Respublikası tərəfindən sözügedən sənədin gələcək ratifikasiyası milli qanunvericilikdə dənizçilərin fərdi və kollektiv əmək hüquqlarını, gəmi sahibinin mülkimaliyyə öhdəliklərini, habelə bayraq və liman dövləti nəzarətini tənzimləyən qüvvətli hüquqi rejim formalaşdırmağı zəruri edir.